Bolqarıstanda etirazlardan sonra büdcə layihəsi yenidən təqdim ediləcək
Bakı, 28 noyabr, AZƏRTAC
Bolqarıstan hökuməti ilk dəfə avroda tərtib edilən 2026-cı il büdcə planını təsdiq üçün parlamentə yenidən təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Rosen Jelyazkov paytaxt Sofiyada keçirilən etirazlardan sonra bildirib.
“Müxalifət partiyaları və digər təşkilatlar çərşənbə axşamı Sofiyanın mərkəzi küçələrində hökumətin artan xərcləri maliyyələşdirmək üçün sosial sığorta ödənişlərini və dividend vergilərini artırmaq planlarına, eləcə də korrupsiyaya qarşı çox sayda etirazçı səfərbər ediblər”, - deyə “Reuters” agentliyi yazır.
Parlament qruplarının nümayəndələri ilə görüşdən sonra Jelyazkov bildirib ki, onun kabineti büdcəni parlamentə yenidən təqdim etməzdən əvvəl işçilər və işəgötürənlərlə dialoqu bərpa etməyə çalışacaq.
Bolqarıstan yanvarın 1-də avronu tətbiq edəcək. Əhalinin təxminən yarısı avronun qəbul edilməsinə qarşı çıxır, çünki bunun suverenliyə qarşı bir qəsd olacağından və pərakəndə satıcıların avroya keçiddən qiymətləri qaldırmaq üçün istifadə edəcəyindən ehtiyat edir.
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu ay Bolqarıstanın avrozonaya qoşulmasından sonra inflyasiyanın kəskin şəkildə arta biləcəyi barədə xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]