Bolqarıstanda koronavirusa yoluxanların sayı yenidən artır
Sofiya, 25 avqust, AZƏRTAC
Bolqarıstanda sutka ərzində 99 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 15 386 nəfərə çatıb, 10 497 nəfər sağalıb, 563 nəfər ölüb. Xəstəxanalarda 714 nəfər yerləşir, onlardan 65 nəfəri reanimasiya şöbələrindədir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]