Bolqarıstanın Plovdiv şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub
Baki, 15 iyun, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, iyunun 10-da başlayan qitə çempionatında yığmamızın üzvlərindən İmaməddin Xəlilov (K-44, 61 kq), Nicat Müslimov (K-43, 75 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Vüqar Adışirinov (K-44, 75 kq-dan yuxarı) və Aynur Məmmədova (K-44, 58 kq-dan yuxarı) təmsil olunub. İdmançılarımız yarışa böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə qatılıblar.
Sayca 7-ci dəfə keçirilən qitə çempionatında beş idmançı ilə təmsil olunan milli yığma komandamızın iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Belə ki, (K-44, 58 kq) çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medallarını qazanıb. Nicat Müslümov isə (K-43, 75 kq) isə yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub. Digər üç təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Adışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıblar.
Xatırladaq ki, Plovdiv şəhərinin “Kolodruma” idman sarayında keçirilən G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə edəcəklər.