Botanika İnstitutunda GİS proqramı üzrə təlim-seminar
Bakı, 29 yanvar, AZƏRTAC
Çelyabinsk Dövlət Universitetinin Təbiət və İnsan Problemlərinin Tədqiqi Tədris-Elmi Mərkəzinin elmi işçisi Anna Plaksina Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda təlim-seminar keçirib.
Bu barədə AZƏRTAC- a institutdan məlumat verilib. Bildirilib ki, A.Plaksina Botanika İnstitutunun bir qrup alim və mütəxəssisi üçün “Coğrafi informasiya sistemlərinin əsasları” mövzusunda çıxış edib. Seminarın nəzəri hissəsində geobotaniki məqsədlər üçün istifadə olunan müasir GİS proqramının tətbiqi, senozların fəza analizinin əsasları və nəticələrin vizuallaşdırılması məsələləri araşdırılıb.
Təlimlərdə, həmçinin GİS proqramının əsas iş üsulları tədris olunub.