Böyük Britaniyada iyun ayının sonunadək 18 yaşdan yuxarı hər kəs peyvənd olacaq
London, 18 yanvar, AZƏRTAC
Böyük Britaniyada iyun ayının sonunadək 18 yaşdan yuxarı hər kəs peyvənd olacaq.
Hökumət tərəfindən qəbul edilən qərara əsasən, 15 fevral tarixinə qədər 15 milyon insanın peyvəndlənməsi nəzərdə tutulur. Peyvənd, ilk növbədə, səhiyyə işçilərinə, qocalar evində olan şəxslərə və hərbçilərə tətbiq olunur.
“Pfizer / BioNTech” və “Oksford Universiteti və AstraZeneca” şirkətləri tərəfindən hazırlanan peyvəndlər bu günə qədər Krallıqda 3,5 milyondan çox insana vurulub.
Qeyd edək ki, Böyük Britaniyada “Pfizer / BioNTech”, “Oksford Universiteti və AstraZeneca” və “Moderna” peyvəndləri qeydiyyatdan keçib. “Johnson & Johnson” peyvəndinin isə qısa müddətdə təsdiqlənməsi gözlənilir. Bununla da, ölkədə qeydiyyatdan keçən peyvənd sayı 4-ə yüksələcək.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]