BÖYÜK ÇİN SƏDDİNİN UZUNLUĞU NEÇƏ KİLOMETRDİR?
Tədqiqatçıların fikrincə, əldə olunacaq məlumat nəinki dünyada bu ən iri istehkam qurğusunun uzunluğunu, həm də əlçatmaz sahələrdə texniki vəziyyətini müəyyən etməyə imkan verəcəkdir.
Hesab edilir ki, səddin uzunluğu təxminən 7,3 min kilometrdir. Lakin bəziləri bunu şübhə altına alır, çünki əvvəllər tətbiq edilmiş hesablama üsulları dəqiq olmamışdır.
Xatırladaq ki, köçərilərin şimaldan basqınlarının qarşısını almaq məqsədi ilə çəkilmiş Çin səddi ölkənin nəhəng memarlıq abidəsidir. İlk hissələri eramızdan əvvəl IV-III əsrlərdə tikilməyə başlanmış, sonralar inşası dəfələrlə davam etdirilərək, Koreya yarımadasından Qobi səhrasınadək uzadılmışdır. Sədd dəfələrlə təmir olunmuş, hazırda bu nəhəng tikilinin demək olar, üçdə iki hissəsi ya xarabalığa dönmüş, ya da tamamilə yox olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:07]
Böyük Britaniyanın səhiyyə naziri istefa verib
- 14.05.2026 [16:06]