Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Zəfərdən ötən uğurlu 4 il - ŞƏRH

Böyük Zəfərdən ötən uğurlu 4 il -  ŞƏRH

Bakı, 5 noyabr, AZƏRTAC

Qarabağın baş tacı Şuşanın azad olunması 44 günlük Vətən müharibəsinin kulminasiyası idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin gedişində nüfuzlu media subyektlərinə müsahibəsində bəyan etmişdi ki, “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Şuşasız bizim işimiz yarımçıq olar”. Bu bəyanat Azərbaycan bayrağının tezliklə alınmaz qala olan Şuşada dalğalanacağının anonsu idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, sentyabrın 27-də bütün cəbhə boyu başlayan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

"Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-a yaxın müsahibə verdi. Beləliklə, münaqişə ilə bağlı əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bu, döyüş meydanında hər gün uğur qazanan Azərbaycanın informasiya cəbhəsindəki qələbəsi idi. Dövlətimizin başçısı bütün çıxışlarında Azərbaycanın ədalətli sülh istədiyini bəyan edirdi. 44 günlük müharibə, eyni zamanda, milli birlik və siyasi həmrəyliyi nümayiş etdirdi. Belə ki, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat yayması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığının təsdiqi idi.

Noyabrın 8-də alınmaz qala sayılan Şuşanın işğaldan azad olunmasından sonra isə müharibənin taleyi həll olundu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, eyni zamanda, qəhrəmanlıq, zəfər və sülh rəmzidir”.

Deputat qeyd edib ki, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Ermənistan ordusu tərəfindən boşaldıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı. Son 4 il ərzində işğaldan azad olunmuş ərazilərin kompleks bərpası və Böyük Qayıdış strategiyası uğurla reallaşmaqdadır.

Eyni zamanda, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrasını xüsusi qeyd etməliyik. Təsadüfi deyil ki, ümumilikdə postmüharibə dövründə sözügedən sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 358 min xidmət göstərilib. Cəmiyyətin həssas təbəqəsinə diqqət və qayğı bu gün də davam edir.

"Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. Azərbaycan öz sərhədlərində möhkəmlənməyə başladı. 2023-cü il aprelin 23-də “Laçın” dövlət sərhədində buraxılış məntəqəsinin qurulması isə Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi tarixə düşdü. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə isə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi bir sutkadan da az davam edən əməliyyatlar nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Bu, 44 günlük Vətən müharibəsinin məntiqi sonluğu idi.

Son 4 ilin mənzərəsinə nəzər salsaq, Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Vaxtı ilə BMT Təhlükəsizlik Şurasının üzvü, Qoşulmama Hərəkatının sədri seçilən Azərbaycanı dünya birliyi COP29 kimi nüfuzlu iqlim konfransının ev sahibi kimi dəstəklədi. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında olmasını bir daha təsdiqləyir. Artıq COP29-a sayılı günlər qalıb. BMT-nin ən nüfuzlu tədbiri olan COP-a ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə kimi qlobal prosesə öz töhfəsini verir. Belə nəhəng platformaya ev sahibliyi etmək, təbii ki, böyük məsuliyyətdir. Cənubi Qafqaz və MDB məkanında ilk dəfə COP-un məhz Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Regionun qalib və lider ölkəsi kimi Azərbaycanın yaşıl gündəliyi də olduqca zəngindir. İqlim dəyişikliyi ilə mübarizəyə dair ölkəmizin irəli sürdüyü təşəbbüslər təqdir olunur. Azad olunmuş ərazilərin yaşıl enerji potensialının inkişaf etdirilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir. 30 illik işğal dövründə Ermənistan tərəfindən “boz zona”ya çevrilən Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialı ilə öz töhfəsini verir və beynəlxalq platformalarda müzakirə olunur. Beləliklə, COP29 iqlim müzakirələri ilə yanaşı, həm də ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa edən Azərbaycanın sabitləşdirici faktor və regionun iqtisadi drayveri kimi təqdimatı olacaq",- deyə N. Məmmədova vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İnvestorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi qızılın qiymətinin artmasına səbəb olur

“tpe”nin icraçı direktoru Rüstəm İsmayılov BMT-nin iqlim konfransında məruzə ilə çıxış edib

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

Doqquz ayda Qəbələnin mehmanxana və hotellərində 92 min nəfər qarşılanıb

Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Neft ucuzlaşır

Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə olacaq

Bakıda sənayenin texnoloji və yaşıl transformasiyası müzakirə olunur

Bakıda “Eternity-2026” təliminin açılışı olub

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan nefti 99 dollara satılır

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

“Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub VİDEO

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub VİDEO

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var VİDEO

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var VİDEO

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO