Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo xüsusi mükafata layiq görülüb
Bakı, 28 dekabr, AZƏRTAC
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo “Globe Soccer Awards” versiyası üzrə mükafata sahib olub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Barselona” və “Milan”ın sabiq oyunçusu Dubayda təşkil olunan mərasimdə “Möhtəşəm karyera” nominasiyası üzrə təsis edilən xüsusi mükafata layiq görülüb.
Xatırladaq ki, karyerasını 2018-ci ildə bitirən Ronaldinyonun sonuncu komandası Braziliyanın “Fluminense” klubu olub. Sabiq futbolçu 2002-ci ildə dünya çempionu adına və üç il sonra isə “Qızıl top” mükafatına sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]