Braziliyada anomal istilər hökm sürür
Bakı, 21 noyabr, AZƏRTAC
Braziliyanın bəzi regionlarında anomal istilər hökm sürür. Ölkənin bir çox şəhərində havanın hərarəti 44 dərəcədən yuxarı qalxıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 19-da Arasuai şəhərində termometrlər müsbət 44,8 dərəcəni göstərib. Sonuncu dəfə 2005-ci ildə burada 44,7 dərəcəlik rekord istilər müşahidə edilmişdi.
Ekoloqlar anomal istiləri El-Ninyo fenomeni və iqlim dəyişikliyi ilə izah edirlər. Sinoptiklər bu həftə temperaturun bir qədər aşağı düşəcəyini proqnozlaşdırır. Teylor Sviftin Rio-de-Janeyro şəhərində planlaşdırılan konsertinin istilər səbəbindən ləğv edildiyi bildirilir.
Qeyd edək ki, anomal istilərə görə Braziliyanın 3 min şəhərində qırmızı təhlükə səviyyəsi elan olunub. Rio-de-Janeyroda havanın hərarəti 42,5 dərəcəyə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]