DÜNYA
Braziliyada koronavirusa 9 milyondan çox yoluxma faktı qeydə alınıb
Madrid, 29 yanvar, AZƏRTAC
Braziliyada COVID-19-a ilk yoluxma halından 11 ay sonra ölkədə 9 milyondan çox (9.058.687) yoluxma faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, son 24 saat ərzində COVID-19 virusundan ölənlərin sayı 1000 nəfərdən çox olub (1386), 61.811 yeni yoluxma faktı qeydə alınıb. Ümumilikdə, ölkədə koronavirus qurbanlarının sayı 221.547 nəfər təşkil edib.
Beləliklə, Braziliya 9 milyondan çox yoluxma sayı ilə dünyada ABŞ və Hindistandan sonra üçüncü ölkədir.
Hazırda Braziliyada COVID-19 xəstəliyinin yoluxma dərəcəsi hər 100 min sakinə 105 ölüm halı və 4311 yoluxma halına bərabərdir.
Ölkədə pandemiyanın mərkəzi hesab edilən San-Pauluda 1.746.070 yoluxma və 52.481 ölüm faktı qeydə alınıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [15:47]
Çinin üçüncü təyyarədaşıyan gəmisi ilk səfərinə başlayıb
- 01.05.2024 [14:46]
Blinken Qüdsdə Netanyahu ilə görüşüb
- 01.05.2024 [14:40]
Dünyada 1 May nümayişləri: Makronun maketi və etiraz şüarları
- 01.05.2024 [14:18]
Alimlər ölümcül “göbələk epidemiyası” ilə bağlı xəbərdarlıq ediblər
- 01.05.2024 [13:41]
Bloomberg: Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb
- 01.05.2024 [13:38]
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
- 01.05.2024 [13:35]
Türkiyədə ölkədaxili reyslərə biletlər 30 faiz bahalaşıb
- 01.05.2024 [13:04]