Braziliyadakı məşhur İquasu şəlaləsi qurumuşdur
Bakı, 18 aprel (AZƏRTAC). Braziliyanın Parana ştatında uzunsürən quraqlıq üzündən ölkənin görməli yerlərindən biri olan İquasu şəlaləsinin suyu çəkilmişdir.
Braziliya ilə Argentinanın sərhədində 2,7 kilometr sahədə yerləşən təxminən 270 şəlalədən ibarət kompleksdə su bəzi yerlərdə 82 kilometr hündürlükdən tökülür.
İquasu Milli parkının məlumatına görə, şəlalədə suyun həcmi saniyədə 500 kubmetr azalır. Nəticədə şəlalənin əksər hissəsi qurumuşdur.
Afrikadakı Viktoriya və Amerikadakı Niaqara şəlaləsi ilə bərabər İquasu dünyanın ən mənzərəli yerlərindən biri sayılır. Təbiət kompleksi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:14]
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]