“Brexit” qaydaları Böyük Britaniya biznesinə təsir edib
London, 18 sentyabr, AZƏRTAC
Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında malların ticarətində azalma baş verib və vəziyyət getdikcə pisləşir.
AZƏRTAC xəbər verir ki, bu barədə Aston Universitetinin Biznes Məktəbinin hesabatında qeyd olunub. Bildirilib ki, kiçik britaniyalı istehsalçılar daha çox qayda və tənzimləmələrlə üzləşdikdən sonra Aİ-yə kiçik miqdarda ixrac etməyi dayandırıblar.
Tədqiqat 2021-2023-cü illər arasında İngiltərə mallarının Aİ-yə ixracının 27 faiz azaldığını göstərib.
Hesabat, həmçinin ticarət ixrac mallarının müxtəlifliyində də azalma olduğunu vurğulayıb. Avropa İttifaqı ölkələrinə ixrac edilən Britaniya məhsullarının çeşidi 1,645 ədəd azalıb.
Bununla belə, hesabatda bəzi sektorların, xüsusən də Almaniya və Fransa kimi daha iri Aİ iqtisadiyyatlarına ixracat baxımından dayanıqlı olduqları qeyd edilib. Tütün, dəmir yolu və təyyarə sektorlarında Aİ ölkələrinə ixracın müxtəlifliyində artımlar müşahidə olunub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]