Bristol muzeyindən 600-dən çox eksponat oğurlanıb
Bakı, 11 dekabr, AZƏRTAC
Böyük Britaniya İmperiyası və Birliyin tarixi irsinə aid eksponatların saxlandığı Bristol muzeyindən 600-dən çox artefakt oğurlanıb. Oğurlanan eksponatlar “mühüm mədəni dəyər” daşıyan nümunələr hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 11-də Britaniya polisi məlumat yayıb. Hadisə ilə əlaqədar dörd şübhəli şəxsin axtarışı aparılır.
İşi araşdıran konstebl Den Burqan bildirib ki, yüksək mədəni dəyəri olan çoxlu sayda eksponatın oğurlanması şəhər üçün ciddi itkidir. Onun sözlərinə görə, bu əşyaların bir qismi muzeyə bəxş edilib və onlar Britaniya tarixinin müxtəlif dövrləri barədə təsəvvür yaradan kolleksiyanın mühüm hissəsini təşkil edir.
Bristol muzeyinin məlumatına əsasən, Böyük Britaniya İmperiyası və Birliyin kolleksiyası “XIX əsrin sonundan indiki dövrədək Böyük Britaniya ilə Britaniya İmperiyasına daxil olan ölkələr arasındakı əlaqələri sənədləşdirən” minlərlə tarixi əşya, foto və filmi əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]