Britaniya kraliçası II Elizabet 95 yaşını matəm şəraitində keçirir
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Böyük Britaniya kraliçası II Elizabetin 95 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, Buckingham sarayının “Tvitter” səhifəsində kraliçanın ad gününü Vindzor qəsrində, həyat yoldaşı şahzadə Filippin vəfatı ilə əlaqədar matəm şəraitində keçirdiyi barədə məlumat yerləşdirilib.
İndiyədək II Elizabet ad gününü ailə daxilində qeyd edirdi, günorta isə Londonda kraliçanın şərəfinə atəşfəşanlıq təşkil olunurdu. Ötən il atəşfəşanlıq koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi, bu il isə onun matəmə görə keçirilməyəcəyi gözlənilir. Matəm rəsmi olaraq aprelin 23-dək davam edəcək.
Xatırladaq ki, kraliça II Elizabet iki ad günü keçirir - aprelin 21-də onun həqiqi ad günü, iyun ayının ikinci şənbəsində isə rəsmi ad günü qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]