Britaniyada 400 minillik od qalığı tapılıb
London, 11 dekabr, AZƏRTAC
Şərqi İngiltərənin Barnham kəndində tapılan yeni arxeoloji sübutlar insanların ilk dəfə od yaratdığı dövrün indiyə qədər düşündüyümüzdən 350 min il daha qədim olduğunu göstərib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, araşdırmalar insanların burada 400 min il əvvəl süni şəkildə od yandırdığını göstərib. Bu isə hazırkı elmi təsəvvürləri tamamilə dəyişir. Mütəxəssislər qazıntı zamanı bişmiş torpaq qatları ilə yanaşı, daş dövrünə aid ən erkən çaxmaqdaşı alışdırıcısını aşkarlayıblar. Bu alət çaxmaqdaşının pirit adlı qayaya vurulması ilə qığılcım yaradaraq od alınmasına imkan verib.
Alimlər vurğulayırlar ki, od yaratmaq bacarığı insanın inkişafında dönüş nöqtəsi olub. İsti saxlamaq, qida bişirmək və beləliklə beynin inkişafını sürətləndirməklə insanı digər canlılardan fərqləndirib.
Britaniya Muzeyinin əməkdaşı professor Nik Eşton jurnalistləri əraziyə apararaq insanın odla ilk təmasına dair bu mühüm kəşfi yerində göstərib və izah edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]