Britaniyada tibbi səhlənkarlıq iddiaları 60 milyard funta yüksəlib
London, 17 oktyabr, AZƏRTAC
Britaniyada Milli Səhiyyə Xidmətinin (NHS) tibbi səhlənkarlığa görə ümumi öhdəlikləri 60 milyard funt sterlinqə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Audit Ofisinin (NAO) hesabatında bildirilib. Bu rəqəmin artmasına əsas səbəb kimi iddiaların sayının çoxalması, hər bir iddia üzrə ödənilən məbləğin artması və hüquqi xərclərin sürətlə yüksəlməsi göstərilib. Hesabata əsasən, bu məbləğ mart ayının sonuna qədər daxil olmuş və ya hələ təqdim olunmamış bütün klinik səhlənkarlıq iddialarını ödəmək üçün tələb olunan ümumi vəsaiti əks etdirir.
NAO qeyd edib ki, klinik səhlənkarlıq hökumətin balans hesabatında nüvə obyektlərinin ləğvindən sonra ikinci ən böyük öhdəlik hesab olunur. Mövcud göstərici 2006-2007-ci illərlə müqayisədə dörd dəfə artıb. Qurumun məlumatına görə, uğurlu iddialarda iddiaçı tərəfin hüquqi xərcləri NHS-nin müdafiə xərclərindən xeyli çox artıb. 2006-2007-ci illərdə iddiaçıların hüquqi xərcləri 148 milyon funt təşkil edirdisə, 2024-2025-ci illərdə bu rəqəm 538 milyon funta çatıb və bu da bağlanmış iddiaların ümumi dəyərinin 15 faizini təşkil edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [10:48]
BƏT: Dünyada təxminən 66,5 milyon ev işçisi qeyri-rəsmi şəkildə çalışır
- 28.10.2026 [10:33]
İsraildə seçkilərin ilkin “exit-poll” nəticələri açıqlanıb
- 28.10.2026 [10:23]
Suriya və İordaniya birgə təhlükəsizlik komitəsi yaradacaq
- 28.10.2026 [09:10]
ABŞ Yaxın Şərqə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirir
- 28.10.2026 [07:55]
ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb
Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub
- 27.10.2026 [23:03]
Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər
- 27.10.2026 [22:42]
FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib
- 27.10.2026 [22:24]
“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb
- 27.10.2026 [22:22]
“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb
- 27.10.2026 [22:04]
Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov
- 27.10.2026 [21:58]
Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb
- 27.10.2026 [21:42]
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb
- 27.10.2026 [21:29]
Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya
- 27.10.2026 [21:12]
Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır
- 27.10.2026 [21:09]
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
- 27.10.2026 [20:50]
Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib
- 27.10.2026 [20:20]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [20:18]
Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib
- 27.10.2026 [19:49]