DÜNYA
Britaniyalı gənc İspaniyada sosial media üçün video çəkərkən həyatını itirib
London, 14 oktyabr, AZƏRTAC
Britaniyalı 26 yaşlı gənc İspaniyanın ən hündür körpülərindən biri olan Kastilya-La-Mança körpüsünə dırmaşaraq sosial media üçün video çəkmək istəyərkən həyatını itirib.
AZƏRTAC-ın məlumatına görə, hadisə bazar günü səhər saatlarında Taqus çayı üzərində baş verib. Hadisə zamanı gəncin yanında 24 yaşlı dostu da olub.
Şəhərin vətəndaş təhlükəsizliyi üzrə müşaviri Makarena Munoz hadisə ilə əlaqədar bildirib ki, gənclər Talaveraya körpüyə dırmaşmaq və sosial şəbəkələr üçün məzmun yaratmaq məqsədilə gəliblər, bu isə faciəyə səbəb olub. O, Kastilya-La-Mança körpüsünə dırmaşmağın tamamilə qadağan olunduğunu xatırladaraq bu barədə dəfələrlə elan verildiyini əlavə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London