Britaniyanın ABŞ-dəki keçmiş səfiri saxlanılıb
London, 24 fevral, AZƏRTAC
Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri, Lord Piter Mandelson vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, o, Londonun şimalındakı Kemdən rayonundakı ünvanında saxlanılaraq dindirilmək üçün polis bölməsinə aparılıb. Polis bu ayın əvvəlində P. Mandelsonun hökumətdə nazir vəzifəsində çalışdığı dövrdə dövlət məlumatlarını məhkum olunmuş maliyyəçi Ceffri Epşteynə ötürdüyü iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Hazırda polislə Krallıq Prokurorluq Xidməti arasında məsləhətləşmələr davam edir.
Qeyd edək ki, Piter Mandelson 10 fevral 2025-ci ildən 11 sentyabrdək Böyük Britaniyanın ABŞ-dəkı səfiri vəzifəsində çalışıb. İddialar ötən ay ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər, o cümlədən Mandelson ilə Epşteyn arasında elektron yazışmaların dərcindən sonra gündəmə gəlib. 2009-cu ilə aid elektron məktublardan birində onun həmin dövrdə baş nazir Qordon Braun hökumətinə dair bəzi siyasət tədbirləri, o cümlədən “aktivlərin satışı planı” barədə qiymətləndirməni Epşteynə ötürdüyü ehtimal olunur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyukasl
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]