BRİTANİYANIN BAŞ NAZİRİ BƏSRƏYƏ GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Türkiyədən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Toni Bleyer İraqa nəzərdə tutulmayan səfərə gəlmişdir. Onu gətirən təyyarə İraqın cənubunda yerləşən Bəsrə şəhərinə enmişdir. Britaniya kontingenti hərbi qulluqçularının əksəriyyəti bu şəhərdə yerləşdirilmişdir.
O, hərbi qulluqçular qarşısında çıxış edəcək, habelə ABŞ-ın Bəsrədəki idarəetmə orqanının qərargahına gedəcəkdir.
Toni Bleyer İraqa indiki, ikinci səfərindən əvvəl ailəsi ilə birlikdə Misirdə istirahətdə olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]