BROKERLƏRİN RENKİNQİNDƏ “STANDARD CAPİTAL” BİRİNCİDİR
Bakı Fond Birjasından AZƏRTAC-a bildirmişlər ki, cari ilin avqustunda dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə (sıralanma) “Standard Capital” başçılıq etmişdir. Şirkət 7 müştəriyə ümumi dəyəri 25 milyon 895 min 870,76 manat məbləğində broker xidməti göstərmişdir.
İkinci yeri 23 milyon 621 min 293,08 manatla “BoB Broker”, üçüncü yeri isə 22 milyon 484 min 681,04 manatla “Respublika İnvest” tutmuşdur.
Avqustda dövlət qiymətli kağızlar bazarında xidmət göstərmiş brokerlərin sayı 11-dən 9-a enmişdir.