“Bruklin Nets”in yeni transferi Lamarkus Oldric karyerasını başa vurub
Bakı, 16 aprel, AZƏRTAC
“Bruklin Nets” basketbol klubunun yeni transferi Lamarkus Oldric karyerasını başa vurub.
AZƏRTAC xəbər verir ki, təcrübəli basketbolçu ürəyindəki problemlərə görə belə bir addım atmağa məcbur olub. “Leykers”lə oyunda özünü narahat hiss edən basketbolçunun ürək döyüntüsü normada olmayıb. Bu barədə açıqlama verən Oldric səhhətini düşünməli olduğunu deyib.
Otuz beş yaşlı basketbolçu MBA-da 15 mövsüm keçirib. 7 “All Star” matçında çıxış edən Lamarkusun adı 5 dəfə mövsümün rəmzi heyətinə daxil edilib. Bu mövsüm isə o, hər oyuna orta hesabla 13,5 xal və 4,5 ribaundla yadda qalıb.
Oldric aprelin əvvəlində “San Antonio”dan ayrılaraq çempionluğa əsas namizədlərdən olan “Bruklin”ə keçmişdi. Halbuki, onunla “Mayami” və “Leykers”də maraqlanırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]