BRUNEY DƏRÜSSALAMIN SULTANI ƏLAHƏZRƏT HACI HƏSSƏNAL BOLKİAHA
Əlahəzrət,
Bruney Dərüssalamın milli bayramı - Milli gün münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı xoş münasibətlər, dostluq və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını davam etdirəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 fevral 2007-ci il.