Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin doğum günüdür

Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin doğum günüdür

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkarın anadan olmasından 106 il ötür.

Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.

1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meyilini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə - 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.

O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəsgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.

Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləmiş, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.

1936-cı ildə Ü.Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.

Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.

Caz kollektivi saxlamaq məqsədilə, gənc ifaçıların hamısını Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndərirlər.

Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları - “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.

1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və M.Qorki adına Gənc tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən, U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.

Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.

O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir. Bu günlərdə “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.

Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhval-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.

Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xətti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.

T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhval-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.

Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.

T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.

Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.

Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi ulu öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.

Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Flaviu Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib

Avropa İttifaqı və Kanada liderləri Monrealda ikigünlük sammitdə bir araya gələcəklər

Almaniyadan 40 nəfər Əfqanıstan vətəndaşı deportasiya edilib

NASA astronavtları yeni nəsil Günəş panelləri quraşdırmaq üçün kosmosa çıxacaqlar

“Nature”: Afrikada 717 milyondan çox insanın təmiz suya çıxışı yoxdur

ABŞ-də cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat edib

“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir

“Liverpul” “Çelsi”ni məğlub edərək İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib

Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Kriştiano Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib

CENTCOM İranın Hörmüz boğazında gəmilərin minalara düşməsi ilə bağlı iddialarını təkzib edib

“Al Hadath”: Vasitəçilər İrana və ABŞ-yə noyabrın 4-dək görüş keçirməyi təklif ediblər

Avropa Kuboku: "LANDAU Lions" qalib gəldi, "Neftçi" məğlub oldu

İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir

Qazaxda Zəfər Gününə həsr olunan intellektual yarışda 25 komanda mübarizə aparıb

Xankəndidə MDB ölkələrinin rəqabət siyasəti üzrə birgə fəaliyyətinin yeni istiqamətləri müəyyənləşdirilib

Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib

BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb

Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub

"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib

Bu saata olan əsas xəbərlər

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Syerra-Leoneli gənc lider: Mədəniyyətlərarası Dialoq Forumu gənclər üçün yeni imkanlar yaradır

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Koji Yamaquçi: Mədəniyyətlərarası Dialoq Forumu sülh naminə konstruktiv dialoq üçün mühüm platformadır

Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb

Türkiyə şirkətləri “Akkuyu” Atom Elektrik Stansiyası layihəsində pay almaqda maraqlıdır

Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO

FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariqə böyük hesabla qalib gəlib

Tuqay Rəhimli: İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları arasında əməkdaşlıq güclənəcək

Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram

İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Bakı beynəlxalq dialoqun və əməkdaşlığın mühüm platformasıdır ŞƏRH

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Muzeylər inklüzivlik və həmrəylik məkanı kimi YENİLƏNİB VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Muzeylər inklüzivlik və həmrəylik məkanı kimi YENİLƏNİB VİDEO

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan idmançıları stronqmen üzrə dünya çempionatında rekordlarla yadda qalıblar

“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək

Tacikistanlı nümayəndə: Bakı Forumu gənclərin beynəlxalq dialoqda fəal iştirakına imkan yaradır

Süd vəzi xərçəngi: elmdən həyata - BDU-da maarifləndirici tədbir

Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Maldivli nazir: Azərbaycan qlobal miqyasda mədəniyyətlərarası dialoqa mühüm töhfələr verir

Fransalı nazir bəzi xarici qüvvələri ölkədə keçirilən aksiyalarla bağlı dezinformasiya yaymaqda ittiham edib

Şri-Lanka təmsilçisi: Bakı Forumu dialoq üçün mühüm platformadır

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər

BDU Rumıniyanın Buxarest İqtisadi Elmlər Universiteti ilə əlaqələrini genişləndirir

Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

TÜRKPA-nın Baş katibi Türkiyədə bir sıra görüşlər keçirib

Omanlı nümayəndə: Beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçüləbilən nəticələrə çevirmək əsas prioritetimizdir VİDEO

Omanlı nümayəndə: Beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçüləbilən nəticələrə çevirmək əsas prioritetimizdir VİDEO

Tunis rəsmisi: Bakı görüşü korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafı üçün mühüm fürsətdir VİDEO

Tunis rəsmisi: Bakı görüşü korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafı üçün mühüm fürsətdir VİDEO

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Nərimanov rayonunda müzakirə olunub

Bolqarıstan sahillərində dron hücumuna məruz qalan gəminin 18 nəfərlik heyəti xilas edilib

IX DİM Dialoqunda Azərbaycanın milli iqlim öhdəliklərinin icrasının sürətləndirilməsi müzakirə olunub

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalayıb

İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb

Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub

Nepallı qonaq: Azərbaycan xalqının qonaqpərvərliyi və zəngin mədəniyyəti məndə dərin təəssürat yaratdı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Britaniyada yeni dövlət büdcəsi açıqlanıb: 20 milyon ailəyə 100 funt sterlinq yardım veriləcək

İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub VİDEO

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub VİDEO

Azərbaycan diri heyvan ixracını 34 dəfəyə yaxın artırıb – QRAFİK

Ədəbiyyat Muzeyində “Mədinə” nəşrlər evinin daimi ekspozisiyası açılıb

İsraildə parlament seçkiləri: Səslərin 85 faizi hesablanıb

Deputat: Azərbaycançılıq ideologiyası bizi Zəfərə aparan milli birliyin təməlidir

Bərdədə heyvan sağlamlığı ilə bağlı məsələlər müzakirə edilib

Süd vəzi xərçənginin erkən aşkarlanması sağlam gələcəyin təminatıdır VİDEO

Süd vəzi xərçənginin erkən aşkarlanması sağlam gələcəyin təminatıdır VİDEO

Noyabrın 2-dən növbəti epizootoloji monitorinqlərə başlanılır

UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub

Naxçıvanda sahibkarlara 163 təsdiqedici sənəd verilib

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb – YENİLƏNİB

“Turan Tovuz” “Fənərbağça” ilə oyundan əldə olunan vəsaiti Qarabağ Dirçəliş Fonduna ianə edib

Fransa Senatı iğtişaşlarda iştirak edənlərin 10 min avro kompensasiya ödəməsi barədə qanun qəbul edib

“Neftçi” rəsmisi: U-15 dünya çempionatı Azərbaycan futbolu üçün böyük fürsətdir

Dieqo Qodoy: Azərbaycanda səhnələşdirilən “Turandot” tamaşaçıların gözləntilərinə tam cavab verir - MÜSAHİBƏ

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb

Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir VİDEO

İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir VİDEO

AMEA və Buxarest İqtisadi Tədqiqatlar Universiteti arasında elmi tərəfdaşlıq genişlənir

Premyer Liqa klubları cərimələnib

Çexiya kronunun Konstitusiyada təsbit edilməsi avroya keçidi çətinləşdirə bilər

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb

Amsterdamdan Bakıya baxış…

® “Bir” ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb