Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatı start götürəcək

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Moskvada futbol üzrə XXI dünya çempionatına start veriləcək.

AZƏRTAC xəbər verir ki, izləyici sayına görə Olimpiya Oyunları ilə yanaşı, ən böyük iki yarışdan biri olan XXI dünya çempionatına planetin bütün bölgələrindən 3,5 milyard tamaşaçının baxacağı gözlənilir.

“Rusiya 2018”: 32 komanda, bir hədəf

Dünyanın ən nüfuzlu idman yarışı Bakı vaxtı ilə saat 18:30-da möhtəşəm açılış mərasimi ilə başlayacaq. Açılış mərasimi və ilk oyun Moskvadakı 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçiriləcək. Çempionatın açılış mərasiminin şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo iştirak edəcəklər.

Açılış mərasimindən sonra keçiriləcək ilk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək.

Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:

“A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;

“B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;

“C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;

“D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;

“E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;

“F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası

“G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;

“H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.

Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Futbol üzrə dünya çempionatı - FIFA prezidenti Jül Rimenin ideyası

Futbol üzrə dünya çempionatının keçirilməsi təşəbbüsü 1921-1954-cü illərdə FIFA-nın prezidenti olmuş fransalı Jül Rimeyə məxsusdur. FIFA-nın 1928-ci ildə Amsterdamda təşkil edilən iclasında Jül Rimenin hər dörd ildən bir dünya çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilib. Nəticədə 1930-cu ildə Uruqvayın ev sahibliyi ilə 13 milli komandanın mübarizə apardığı ilk dünya çempionatı keçirilib. Jül Rimenin bu təşəbbüsü ilə əlaqədar dünya çempionatı uzun müddət “Jül Rime Kuboku” da adlandırılıb. İkinci Dünya müharibəsi ilə əlaqədar 1942-ci və 1946-cı illərdə dünya çempionatları təşkil edilməyib.

FIFA-nın qərarına əsasən, üç dəfə çempion olan milli komanda mundialın kubokuna - “Qızıl İlahə”yə birdəfəlik sahib olmaq hüququ qazanırdı. 1970-ci ildə üçüncü dəfə dünya çempionu olan braziliyalıların “Qızıl İlahə”ni öz ölkələrinə aparmalarından sonra FIFA yeni - hazırkı kuboku təsis edib. Rəsmi olaraq “FIFA Dünya Çempionatı Kuboku” adlandırılan yeni kubok qaydalara görə heç bir ölkəyə daimi verilmir. Çempion olan komandalara yalnız onun surəti təqdim edilir və kubokun əslinin altında mundialın keçirildiyi il, onun qalibi olan ölkənin adı yazılır.

1982-1994-cü illərdə keçirilən dörd dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparıb. 1998-ci ildən etibarən isə dünya çempionatlarının final mərhələlərində 32 komanda çempion adı uğrunda yarışır. 2026-cı ildə təşkil olunacaq mundialda FIFA-nın hazırkı prezidenti Canni İnfantinonun təşəbbüsü ilə 48 komanda hər birində üç millinin olduğu 16 qrupda yarışacaq.

Qeyd edək ki, növbəti - XXII dünya çempionatı 2022-ci ildə Qətərdə təşkil olunacaq. FIFA-nın ötən gün Moskvada keçirilən 68-ci yığıncağında səsvermə nəticəsində 2026-cı ildə təşkil olunacaq XXIII dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.

Dünya çempionatlarında “Braziliya rüzgarı”

Futbol üzrə ən çox dünya çempionu olan komanda Braziliya millisidir. Braziliyalılar 5 dəfə kuboku başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra - 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında başları üzərinə qaldıra biliblər. Sonuncu - beşinci çempionluğa 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması bu göstərici üzrə dünyada rekord müəyyənləşdiriblər.

Braziliyadan sonra ən çox dünya çempionu adına İtaliya və Almaniya milliləri (4 dəfə) sahib olublar. İtaliyalılar 1934-cü, 1938-ci, 1982-ci və 2006-cı illərdə çempion adını qazanıblar. Almaniya yığması isə 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu olublar. Argentina (1978, 1982) və Uruqvay (1930, 1950) iki, İngiltərə (1966), Fransa (1998) və İspaniya (2010) isə bir dəfə dünya çempionu adını qazanıblar.

Tomas Müller mundialların ən məhsuldar futbolçusu ola biləcəkmi?

Futbol üzrə dünya çempionatlarında ən çox qol vuran futbolçu Almaniya yığmasının sabiq üzvü Miroslav Klozedir. O, 24 oyunda 16 dəfə qol sevinci yaşayıb. Braziliya yığmasının sabiq hücumçusu Ronaldonun aktivində isə 15 qol (19 oyun) var. Bu göstərici üzrə ən yaxşı nəticə Qərbi Almaniya yığmasının heyətində çıxış etmiş Gerd Müllerə məxsusdur - 13 oyunda 14 qol. Bir çempionatda ən çox qol vuran futbolçu isə 1958-ci ildə Fransa yığmasının heyətində bombardir olmuş Jüst Fontendir. O, həmin çempionatda 13 dəfə rəqib qapılarına yol tapıb.

Rusiyadakı dünya çempionatında iştirak edən millilərin heyətində ən çox qol vuran futbolçu almaniyalı Tomas Müllerdir. Hesabında 10 qol olan 28 yaşlı futbolçu 2010-cu və 2014-cü illərdəki çempionatların hər birində 5 dəfə fərqlənib. Hazırda dünyanın ən güclü futbolçuları olan Lionel Messi dünya çempionatlarında cəmi 5, Kriştiano Ronaldo isə 3 dəfə fərqlənib. Hər iki futbolçu üç dünya çempionatında iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq