Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, mərhələyə Rusiyada keçirilən “Krasnodar”-“Fənərbağça” oyunu ilə start verilib. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolunu meydan sahiblərinin futbolçusu Klaesson 4-cü dəqiqədə vurub.
Günün sürpriz nəticələrindən biri Belçikada qeydə alınıb. Yerli “Gent” Londonun “Tottenhem” klubunu minimal hesabla (1:0) məğlub edib.
Digər oyunlar isə aşağıdakı kimi nəticələnib:
“Astra” (Rumıniya) - “Genk” (Belçika) - 2:2
“Alkmaar” (Hollandiya) - “Lion” (Fransa) - 1:4
“Borussiya” (Mönhenqladbax, Almaniya) - “Fiorentina” (İtaliya) - 0:1
“Selta” (İspaniya) - “Şaxtyor” (Ukrayna) - 0:1
“Rostov” (Rusiya) - “Sparta” (Çexiya) - 4:0
“Ludoqorets” (Bolqarıstan) - “Kopenhagen” (Danimarka) - 1:2
“Olimpiakos” (Yunanıstan) - “Osmanlıspor” (Türkiyə) - 0:0