SİYASƏT
Bu il Bakı Təşəbbüs Qrupu tərəfindən 17 beynəlxalq konfrans keçirilib VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Bu il Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən 17 beynəlxalq konfrans keçirilib. Bu konfransların əksəriyyəti BMT-nin mənzil qərargahında olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslı hesabatının təqdimatı zamanı söyləyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu tərəfindən 7-dən çox hesabat hazırlanıb və beynəlxalq təşkilatlara təqdim olunub.