Bu ilin birinci yarısında Yardımlıda enerji resurslarından qənaətlə istifadə olunub
Yardımlı, 18 iyul, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci yarısında Yardımlı rayonunda dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların dəyəri faktiki ödənilən sərfiyyatın həcmi elektrik enerjisi üzrə 290,9 min kilovat-saat, təbii qaz üzrə 93,4 min kubmetr, su üzrə 3 min kubmetr və rabitə xidmətləri üzrə 17,3 min manat təşkil edib.
Bu dövrdə limitdən artıq sərfiyyata yol verilməmiş, 49,1 min kilovat-saat elektrik enerjisinə, 47,6 min kubmetr təbii qaza, 3 min kubmetr suya, rabitə xidmətlərinə isə 2,7 min manat qənaət olunub.
Bütün istehlakın ödənilmiş ümumi dəyərinin 40,1 faizini elektrik enerjisi, 28,6 təbii qaz, 4,6 faizini su, 26,7 faizini rabitə xidmətləri təşkil edib.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, bu ilin birinci yarısında rayonda kommunal xidmətlərin istehlakı üzrə elektrik enerjisinin 52,4 faizi Təhsil Nazirliyinin, 5,4 faizi Kənd Təsərrüfatı Nazirliyinin, 37,5 faizi rayon və şəhər icra hakimiyyəti orqanlarının, 4,7 faizi isə digər nazirliklərin tabeçiliyində olan təşkilatların payına düşür.
İstehlak olunmuş təbii qazın 70,2 faizi rayon və şəhər icra hakimiyyəti orqanlarının, 15,9 faizi Təhsil Nazirliyinin, 8,4 faizi Kənd Təsərrüfatı Nazirliyinin, 5,5 faizi isə digər nazirliklərin tabeçiliyində olan təşkilatlara aid olub.
Sudan istifadənin 73,3 faizi rayon və şəhər icra hakimiyyəti orqanlarının, 23,3 faizi Təhsil Nazirliyinin, 3,4 faizi isə digər nazirliklərin tabeçiliyində olan təşkilatların payına düşür.
Rabitə xidmətləri istehlakının 67,1 faizi rayon və şəhər icra hakimiyyəti orqanlarının, 20,8 faizi Təhsil Nazirliyinin, 3,5 faizi Dövlət Statistika Komitəsinin, 2,9 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 5,7 faizi isə digər nazirliklərin tabeçiliyində olan təşkilatlara aiddir.