Bugünkü azadlığımızın və müstəqilliyimizin əldə edilməsində Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımızın böyük payı vardır
Bakı, 20 yanvar (AZƏRTAC). Qanlı Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Mən fəxr edirəm ki, Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımız meydanlara çıxaraq xalqımızın azadlıq eşqi ilə əliyalın tankın, topun, mərminin üstünə yerimiş və bugünkü azadlığımızı əldə etmişlər. Onlar bu yolda heç bir maneə tanımamışlar.
Bu sözləri 20 Yanvar şəhidi Əli Həsənovun qızı Cəmilə Həsənli AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, 24 bundan əvvəl baş vermiş faciə xalqa qarşı törədilən qanlı terror aktının nəticəsi idi. Mənfur düşmən igid oğul və qızlarımızın qanlarını tökərək Azərbaycanı xəritədən silməyə çalışırdı. Ancaq onlar bütün insanlığa yaraşmayan üsullardan istifadə etsələr də, buna nail ola bilmədilər. Bu gün 20 Yanvar hadisələrindən danışmaq mənim üçün nə qədər çətin olsa da, bir o qədər də şərəflidir. Çünki məhz azadlığımızın, müstəqilliyimizin yenidən əldə edilməsində bu xiyabanda uyuyan şəhidlərimizin böyük payı vardır. Mən atamla bərabər, hər bir şəhidimizə Allahdan rəhmət diləyirəm.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]