Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bugünkü reallıq Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzunun təcəssümüdür

Bugünkü reallıq Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzunun təcəssümüdür

Bakı, 28 may, AZƏRTAC

Dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən 28 May - Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarında ifadə edilən fikirlərdə Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olması, regionun lider dövləti olaraq bir sıra mühüm beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınması, səmərəli tərəfdaşlıq münasibətləri ilə beynəlxalq güclər sistemində özünə layiqli yer tutması diqqətə çatdırılır. Bütün bunlarla yanaşı, respublikamızın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi önə çəkilir, dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində uğurlu səyləri yüksək qiymətləndirilir.

Təbrik məktublarında ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfədən bəhs edilir. Bu zaman Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə yönəltdiyi 20 illik dəstək də dəyərləndirilərək, xüsusi vurğulanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Deputat bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq Qələbə ilə regionda yaranan yeni reallıq nəticəsində dünyanın siyasi xəritəsində öz status və rolunu xeyli dərəcədə artırıb. Bu, ABŞ, Çin və Rusiya kimi supergüclərin respublikamıza olan münasibətlərində, həmin ölkələrin rəhbərlərinin dövlətimizin başçısına yanaşmalarında öz müsbət ifadəsini tapıb. “Əvvəlcə diqqəti ABŞ Prezidenti Cozef Baydenin məktubundan bir neçə məqama yönəltməyi zəruri sayıram. Belə ki, Cozef Baydenin Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda ölkəsi ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq münasibətlərinin dinamik inkişafı nəticəsində indiki mərhələyə daxil olduğu, təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində tərəflər arasında mühüm uğurlar əldə edildiyi qeyd olunub”, - deyə R.Mahmudov əlavə edib.

Səmərəli və tarixi önəm daşıyan fəaliyyətlər sırasında ötən il Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, bununla da Azərbaycanın Avropanın enerji şaxələndirilməsində yaxından iştirak etməsi, eyni zamanda, bu il Xəzərdəki “Dostluq” yatağının Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair müzakirələrin müsbət sonluqla yekunlaşaraq, Anlaşma Memorandumun imzalanmasına diqqət yönəldilib.

Rəşad Mahmudovun sözlərinə görə, ABŞ Prezidentinin məktubunda yüksək qiymətləndirilən nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən önəmli təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu, Avropa İttifaqı üçün prioritet enerji layihələri sırasında xüsusi yer tutur. Digər tərəfdən, ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirməsi ilə diqqət çəkir. Bütün bunlarla bərabər, Cənub Qaz Dəhlizinin işə salınması Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə olaraq tarixi bir addımdır. Ümumiyyətlə, bu layihə Azərbaycanın təbii qazının Avropa üçün uzunmüddətli əhəmiyyətli mənbə olmasının, ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasının təsdiqidir.

ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalanan təbrik məktubunda diqqətçəkən başqa bir məqam isə dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rolla əlaqədardır. Bu amil ABŞ-ın siyasi rəhbərliyi tərəfindən yüksək dəyərləndirilir. Məktubda, həmçinin Prezident Cozef Baydenin Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlıq bildirməsi isə bu ölkənin respublikamızla mövcud istiqamətdəki səmərəli əməkdaşlığından xəbər verir.

Rəşad Mahmudov qeyd edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubu da Azərbaycan-Çin əməkdaşlığının getdikcə dərinləşərək, indiki yeni inkişaf mərhələsinə çatmasının parlaq ifadəsidir. Məktubda Azərbaycan-Çin ikitərəfli münasibətlərində fəal inkişaf dinamikasının müşahidə olunması, ölkələrimizin tərəflərin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsi xüsusi vurğulanır. Eyni zamanda, “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə Azərbaycan-Çin arasında əməkdaşlığın dərinləşməkdə davam etməsi xüsusi diqqətə çatdırılır.

Yeri gəlmişkən, tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Dünyanın ən böyük ixracatçı və ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub.

Rusiya, İran, İtaliya prezidentləri Vladimir Putin, Həsən Ruhani və Sercio Mattarella, dünyanın digər aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarında da ölkəmizin dünya arenasında yüksək nüfuz qazanması, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynaması, regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı nəzərəçarpan uğurlar əldə etməsi öz ifadəsini tapıb. Bütün bu dəyərləndirilmələr isə təbii ki, Prezident İlham Əliyevin son dərəcə uğurlu siyasətinə, səmərəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər