Bundestaq yanacağın bahalaşmasının qarşısının alınmasına dair tədbirlər paketini qəbul edib
Berlin, 26 mart, AZƏRTAC
Almaniya parlamenti – Bundestaq Yaxın Şərqdəki qarşıdurma nəticəsində yanacağın qiymətlərinin sürətlə artmasına qarşı ilk tədbirlər paketini qəbul edib.
AZƏRTAC xəbər verir ki, paketə əsasən, yanacaqdoldurma məntəqələrində qiymət artımına müvəqqəti olaraq gün ərzində yalnız bir dəfə - günorta saat 12:00-da icazə veriləcək. Bununla da yanacaqdoldurma məntəqələrində tez-tez baş verən qiymət artımının qarşısının alınması nəzərdə tutulur. Qiymətlərin aşağı salınması üçün isə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Qaydanı pozanlar 100 min avroya qədər cərimələnə bilər.
Bundan əlavə, qiymətlərlə bağlı şəffaflığın təmin olunması üçün rəqabət qanunvericiliyi də sərtləşdirilib. Neft məhsulları sektorunda fəaliyyət göstərən şirkətlər gələcəkdə qiymətləri kəskin artırmaq istədikdə bunu əsaslandırmalı olacaq. Antiinhisar qurumuna topdansatış bazarında qiymət artımlarına nəzarət etmək imkanı verilir.
Qanun layihəsi hakimiyyətdə olan Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı bloku və Sosial Demokratlar Partiyası ilə yanaşı, Yaşıllar Partiyası tərəfindən də dəstəklənib.
Tədbirlər paketinin ən gec aprelin əvvəlində qüvvəyə minməsi və bir ildən sonra yenidən qiymətləndirilməsi planlaşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]