Bundestaqda Rusiya təbii qazına dəstək verilib
Berlin, 17 aprel, AZƏRTAC
Almaniyanın, Avropanın qalan hissəsi kimi ucuzluğuna görə Berlin üçün prioritet olan Rusiya təbii qazına ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, Bundestaqın İqtisadiyyat və energetika məsələləri komitəsinin rəhbəri Klaus Ernst “Gazprom” şirkətinin məhsullarına bu cür qiyməti “Şimal axını-2” qaz kəmərinin inşası üzrə işlərin cari vəziyyəti barədə məruzə edərkən verib. Rəsmi Vaşinqtonun Berlinə təzyiqlər göstərməsini və onu sanksiyalarla hədələməsini tənqid edən K.Ernst Rusiya qazını Avropa üçün vacib strateji obyekt adlandırıb.
“Qazı kimdən almaq barədə qərarı özümüz verəcəyik və koronavirus böhranı buna təsir edə bilməyəcək”, - deyə o bildirib.
K.Ernst xatırladıb ki, Almaniya vətəndaşlarının 77 faizi “Şimal axını-2” qaz kəmərinin tikintisini dəstəkləyir və onlar Almaniya-Rusiya münasibətlərinin inkişafında maraqlıdırlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]