BVF İRAN İQTİSADİYYATININ VƏZİYYƏTİNİ MÜSBƏT QİYMƏTLƏNDİRİR
Beynəlxalq Valyuta Fondu (BVF) İran iqtisadiyyatının indiki vəziyyətini və yaxın perspektivlərini, ümumən, müsbət qiymətləndirir. AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, İran üçün ənənəvi illik iqtisadi hesabata görə, “üçüncü beşillik” adlandırılan 2000/01-ci ildən 2004/05-ci ilədək olan dövrdə ümumi daxili məhsulun artımının orta real sürəti ildə 5,5 faizə çatmışdır. Bu göstərici cari 2005/06-cı ildə isə 6 faiz olmalıdır. Kifayət qədər yüksək olan inflyasiya təxminən 15 faizdən 13 faizədək azalmalıdır. Mütəxəssisləri, demək olar, 11 faizə çatan işsizliyin səviyyəsi bir qədər narahat edir.
BVF etiraf edir ki, İran iqtisadiyyatı üçün qısamüddətli proqnozlar nisbətən yaxşıdır. Hesabatın müəllifləri vurğulayırlar ki, “iqtisadi fəallıq neftin onsuz da yüksək olan qiymətini yenə də qaldıracaqdır”. Buna görə də onlar xəbərdarlıq edirlər ki, iqtisadi fəallıq inflyasiyanın yenidən sürətlənməsinə gətirib çıxara bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]