CAR-ın Fransadakı səfirinin vəfat etdiyi təsdiqlənib
Bakı, 30 sentyabr, AZƏRTAC
Cənubi Afrika Respublikasının (CAR) rəsmi orqanları ölkənin Fransadakı səfirinin hələlik məlum olmayan şəraitdə vəfatı barədə məlumatı təsdiqləyib.
AZƏRTAC “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə bəyanat CAR Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“Hökumət dərin kədər və böyük təəssüflə bildirir ki, CAR-ın Fransadakı səfiri Nkosinati Emmanuel Mtetva vaxtsız dünyasını dəyişib”, – deyə açıqlamada qeyd olunub.
Diplomatın itkin düşməsi barədə məlumat bazar ertəsi yayılıb.
“Le Parisien” nəşrinin əvvəlcədən verdiyi məlumata görə, sentyabrın 30-da Mtetvanın meyiti mehmanxananın pəncərələrinin altında tapılıb. Onun otağı 22-ci mərtəbədə yerləşib. Polis mümkün intihar versiyasını istisna etmir. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]