CAR təmsilçisi: WUF13 ölkələr arasında təcrübə və innovativ həllərin paylaşılmasına imkan yaradır VİDEO
Bakı, 18 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumu şəhərlərin inkişafı və mənzil təminatı sahəsində təcrübə mübadiləsi üçün mühüm platformadır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Cənubi Afrika Respublikasının (CAR) Durban şəhərini əhatə edən bələdiyyənin nümayəndəsi Sfiso Mkhize deyib.
O bildirib ki, təmsil etdiyi qurum əhali üçün sosial evlər tikir və hər il minlərlə mənzil inşa olunur.
Sfiso Mkhize, həmçinin vurğulayıb ki, WUF13 ölkələr arasında təcrübə və innovativ həllərin paylaşılmasına imkan yaradır. “Tədbir “Ağıllı şəhər” konsepsiyasının tətbiqi və qeyri-formal yaşayış məntəqələrinin aradan qaldırılması kimi məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir", - deyə CAR nümayəndəsi diqqətə çatdırıb.