CARİ İLİN 8 AYINDA 14,2 MİLYARD KİLOVAT-SAAT ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLMİŞDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 8 ayında ölkənin enerji sistemində 14,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bunun 12,4 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,8 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşür.
Bu müddətdə qonşu dövlətlərlə də enerji mübadiləsi aparılmışdır. İmzalanmış müqavilələrə əsasən, səkkiz ayda ölkəmizin enerji sisteminə Rusiyadan, İrandan, Türkiyədən və Gürcüstandan elektrik enerjisi daxil olmuşdur.