Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası başlayıb
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
AZƏRTAC xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.