Cəfər Cabbarlının indiyədək çap olunmamış şeiri tapılmışdır
Bakı, 23 iyul (AZƏRTAC). Cəfər Cabbarlının indiyədək çap olunmamış şeiri tapılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, şeiri Cəfər Cabbarlı irsinin tədqiqatçısı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli təqdim etmişdir.
“Açan-solan çiçəklər” adlanan şeirin sonunda ərəb qrafikası ilə “F.K. 19” yazılmışdır. Ehtimal edilir ki, bu, Fövqəladə Komissiya (rus dilində “Çrezvıçaynaya Komissiya” - red.) adının baş hərflərinə, həmin idarənin 19 nömrəli kamerasına işarədir. Şeiri Sovet dövrünün həbsxana poeziyasının ilk dəyərli nümunələrindən biri hesab etmək olar.
İstintaq materiallarının arasından tapılmış “Açan-solan çiçəklər” şeiri Cəfər Cabbarlının artıq həyatda heç nəyə inamı qalmamasından xəbər verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]