Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq
Bakı, 29 may, AZƏRTAC
İyunun 7-də Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının “Artstudiya” teatr studiyasında birhissəli mistik faciə janrında hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası olacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.
Səhnə əsərində Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.
Qeyd edək ki, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Pərinin ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]