DÜNYA
Cənubi Afrika Respublikasında bara silahlı hücum nəticəsində 15 nəfər həlak olub
![](/files/galleryphoto/2022/2/1200x630/16574835673455832658_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16574835674889214955_1200x630.jpeg)
Bakı, 11 iyul, AZƏRTAC
Cənubi Afrika Respublikasının Soveto qəsəbəsində naməlum silahlı şəxslər bara hücum edərək 15 nəfəri qətlə yetiriblər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, polisin məlumatında silahlı şəxslərin bara daxil olaraq gənclərə təsadüfi atəş açdıqdan sonra mikroavtobusla ərazidən uzaqlaşdıqları bildirilir.
Hücum nəticəsində xəsarət alanlar dərhal xəstəxanalara yerləşdiriliblər.
Hazırda hücumun səbəbləri araşdırılır.
Ölənlərin 19-35 yaş arasında olduğu ehtimal edilir.
Qeyd edək ki, Cənubi Afrikada bu cür qanlı hadisələr tez-tez baş verir. Sonuncu dəfə bir neçə gün əvvəl Şərqi London şəhərindəki barların birində qazla zəhərləndirildiyi ehtimal edilən 21 yeniyetmənin ölümü ölkədə ciddi narahatlıq yaratmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [21:30]
Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır
- 03.07.2024 [20:01]