Cənubi Koreya Prezidenti Mərkəzi Asiya turuna hazırlaşır
Pekin, 8 iyun, AZƏRTAC
Cənubi Koreya Prezidenti Yun Sok Yol iyunun 10-da Mərkəzi Asiyanın 3 ölkəsinə dövlət səfərinə yola düşəcək.
AZƏRTAC Cənubu Koreya Prezidentinin Ofisinə istinadla xəbər verir ki, dövlət başçısı Yun Sok Yol və xanımı Kim Qon Hi Türkmənistan, Qazaxıstan və Özbəkistanda olacaqlar.
Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Kim Te-hyo bildirib ki, iyunun 15-dək davam edəcək səfər zamanı Cənubi Koreyanın sözügedən ölkələrlə əməkdaşlığının inkişafına dair müzakirələr aparılacaq.
“Qədim İpək yolunun mərkəzi olan Orta Asiya Avropa ilə Asiyanı birləşdirən strateji nöqtədir”, -deyən Cənubi Koreya rəsmisi əlavə edib ki, Ukraynadakı müharibə və Yaxın Şərqdəki münaqişə kimi amillər səbəbindən qlobal böhran yayıldıqca regionun strateji əhəmiyyəti daha da artır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]