MƏDƏNİYYƏT
Cənubi koreyalı musiqiçi Bakıda çıxış edəcək
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış piano ifaçısı Eldəniz Ələkbərzadə və cənubi koreyalı məşhur violonçel ifaçısı Jiyun Yoo konsert proqramı ilə çıxış edəcəklər.
AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək.
Konsertin solistlərini Xalq Artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Musiqili gecədə Avropa və dünya bəstəkarlarının əsərlərinə müraciət olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]