Cənubi Koreyanın sabiq Prezidenti üçün edam cəzası tələb olunur
Pekin, 13 yanvar, AZƏRTAC
Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yolun cinayət işini aparan prokuror ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyama rəhbərlik üzrə cinayət işi ilə əlaqədar ona edam cəzası verilməsini istəyir.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, yanvarın 13-də Seul Mərkəzi Məhkəməsində sözügedən cinayət işi üzrə yekun məhkəmə dinləməsi keçirilib. Cinayət işini aparan prokuror Ço Eun-sukun komandası cinayət işində ittiham olunan 8 nəfərlə bağlı cəza istəklərini elan ediblər. Sabiq müdafiə naziri üçün ömürlük həbs cəzası tələb olunur. Məhkəmənin yekun qərarını fevralda açıqlayacağı gözlənilir.
Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq Prezidenti Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]