“Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri” mövzusunda Respublika elmi konfransı keçiriləcək
Bakı, 3 may, AZƏRTAC
Qafqazşünaslıq İnstitutu noyabrın 18-də “Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri” mövzusunda Respublika elmi konfransı keçirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransa XIX əsrdə ermənilərin Cənubi Qafqaza köçürülməsi və ərazi dəyişiklikləri; 1918-1920-ci illərdə Cənubi Qafqazda ərazi-sərhəd məsələləri və Ermənistanın yaradılması; sovet dövründə ərazi-sərhəd məsələləri; 1991-ci ildən sonra Cənubi Qafqazda ərazi işğalları və nəticələri bölmələri daxildir.
Tezislərin hazırlanması qaydası Qafqazşünaslıq İnstitutunun rəsmi saytında təqdim edilmiş elanda yer alıb. Tezislər oktyabrın 20-dək qəbul olunur. Konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında müəlliflərin məlumatlandırılması tarixi oktyabrın 3-dür. Yalnız müsbət rəy alan tezislər qəbul və dərc ediləcək.
Maraqlananlar ətraflı məlumatı [email protected] poçt ünvanı və +994 12 539 89 91 telefon nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]