Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı audiodiskin təqdimatı olub

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Azərbaycan Aşıqlar Birliyində (AAB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Birliyin həyata keçirdiyi “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olub.

AAB-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri açaraq layihənin həyata keçirilməsinin əhəmiyyətindən söz açıb, hazırlanmış audiodiskin aşıq sənətinin tədqiqatçıları və gənc aşıqlar üçün dəyərli bir vəsait olduğunu qeyd edib, Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsinə və təbliğinə bundan sonra da böyük diqqət yetiriləcəyini vurğulayıb. Layihənin həyata keçirilməsində göstərdikləri maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə rəhbərlik etdiyi qurumun adından minnətdarlıq edib.

AAB-ın katibi, layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu qeyd edib ki, layihədə əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra respublikamızın müxtəlif guşələrində məskunlaşmış aşıqlarımızın musiqi repertuarına diqqət yetirilib, onların ifalarından ibarət audiodisk hazırlanıb. Bu zaman Qərbi Azərbaycanda yaradılmış və bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalara, mətn seçimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yer-yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib, Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzər, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi bütün aşıq mühitlərinin əhatə olunmasına xüsusi diqqət yetirilib: “Audiodiskdə 24 müxtəlif aşıq havası yer alıb ki, bunları da əslən Qərbi Azərbaycandan olan Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İmran Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmralı Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadlı aşıqlar ifa ediblər”.

Qeyd olunub ki, hazırlanmış audiodisklər əsasən aşıq sənətinin tədris olunduğu universitet və kolleclərə pulsuz olaraq veriləcək ki, bu da sənətə yeni gələn yeniyetmə və gənclərin Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarına daha yaxından bələd olmalarına imkan yaradacaq. Layihədən eləcə də aşıq sənətinin tədqiqatçıları və musiqişünaslar da bəhrələnə biləcəklər.

Moskvada yaşayıb fəaliyyət göstərən professor, əslən Göyçədən olan Şakir Səmədoğlu, ADMİU-nun dosenti, ustad aşıq Altay Məmmədli və Göyçədən olan digər ziyalı Yusif Ağbulaqlı bu layihənin Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsində və bu mühitlərin sənət ənənəsinin qorunub yaşadılmasında müstəsna rol oynayacağını vurğulayıblar.

Sonra aşıqlardan İmran Xəlilov (“Göyçəgülü”), Toğrul Ataxallı (“Qədim Naxçıvanı”), Urmiyadan qonaq gəlmiş Qurban Əliyar (“İrəvan çuxuru”) və onun oğlu Səhənd Əliyar (“Meydan divanisi”), Ləman Mirzəyeva (“Hüseyni”), Xanlar Alqayıt (“Kərəm gözəlləməsi”), Faxfur İsgəndəroğlu (“Köşəbaşı”), Sumqayıt şəhərindəki Bülbül adına 2 saylı Uşaq incəsənət məktəbinin şagirdləri Nuran Məhərrəmov və Röyal Məmmədov (“Dubeyti”) və Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında (“Gəraylı” və “Cumagülü”) müxtəlif aşıq havaları səsləndirlib.

Sonda iştirakçılara “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı audiodisk hədiyyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək

Samir Abbasov: Azərbaycanın Türkiyədə yaxından tanıdılması məqsədilə bir çox layihənin reallaşdırılması nəzərdə tutulur

Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam

Qurban Qurbanov: "Neftçi"nin nəticələri məni də məyus edir

Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi qalib gəlib, kişi yığması heç-heçə edib

Roman Qriqorçuk: Tez bir zamanda toparlanacağıq

İtaliyalı ekspert: Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir

Misli Premyer Liqası: "Qarabağ" derbidə "Neftçi"ni məğlub edib YENİLƏNİB 5

Ağdam İmarət Kompleksi ziyarətçilər üçün açıqdır

ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilib

Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub

Milli Depozit Mərkəzinin üzvləri ilə görüş keçirilib

SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək

BP və SOCAR Xəzər dənizində iki neft yatağı üzrə anlaşma memorandumu imzalayıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb

Siandan Budapeştə Orta Dəhliz vasitəsilə konteyner qatarı yola salınıb

Türkiyəli ekspert: “Əsrin müqaviləsi” Bakı üçün meqalayihələrin başlanmasında mühüm rol oynayıb

® ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirilib!

Səudiyyə İnkişaf Fondu ilə investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub

On iki yaşlı məktəbli Naxçıvanın ilk innovativ əmlak platformasını təqdim edib

DGK sədri Qobustanda vətəndaşlarla görüşüb

Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Bakı Kitab Mərkəzində “A grammar of contemporary Azerbaijani” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Aktau limanında konteyner qovşağı yaradılacaq

® Oyun və videoçəkiliş performansında zirvə: “Huawei nova 12s” və “nova 12 SE”

Şamaxıda vətəndaşların icbari tibbi sığorta ilə bağlı müraciətləri dinlənilib

Fransada polis zorakılığı: Peruəsilli şəxsi bölmədə döyüblər

Pedaqoji Universitetdə “Huma quşu” Fondunun təqdimatı keçirilib

Laçın 2025-ci ildə MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının növbəti Forumuna ev sahibliyi edəcək

BDU-da Dövlət Suverenliyi Günü qeyd olunub

"Odoxa-Backbone”: Hər on fransızdan yeddisi vergi artımının əleyhinədir

Ukraynanın müdafiə naziri bütün müavinlərini işdən çıxarmağı planlaşdırır

Firudin Qurbanov Yevlax şəhəri Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbin kollektivi ilə görüşüb

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bir Zəfərin təcəssümü ŞƏRH

Ağdamdakı Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun investisiya dəyəri 8,92 milyon manatdır

Nazir müavini Şəki şəhər 6 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olub

Bərdədə arı sancması ölümə səbəb olub

Mərakeş Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinə üzv seçilib

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

“Əsrin müqaviləsi– 30” - beynəlxalq elmi konfrans

Mərkəzi Bank 24 sığorta agentinin lisenziyası ilə bağlı qərar qəbul edib

Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir, zəfərlərə yol açır - ŞƏRH

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

® “Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək

Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları Gədəbəydə dəfn edilib VİDEO

"Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin açılış və püşkatma mərasimi keçirilib

Aİ Gürcüstanla viza rejiminin liberallaşdırılmasını dayandıra bilər

Yardımlıda qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsası

® “Rəqəmsallaşma və BIM üçün İnnovativ Texnologiyalar” mövzusunda konfrans keçirilib

Ağdamda istehsal olunacaq dam örtükləri məhsullarının 90 faizi yerli, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulub FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

“Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə Qaydası”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

“Vergi orqanlarında staj və sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxsin ekstradisiyası təmin edilib

ICESCO Beynəlxalq Sülh Günü münasibətilə müraciət yayıb

SOCAR-ın əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

“Nəsildən-nəslə teatr” layihəsi davam edir

Ağdamda istehsal olunan ayaqqabılar həm də ixrac ediləcək FOTO VİDEO

Ağdamda havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsal ediləcək

Əqli Mülkiyyət Agentliyində Dövlət Suverenliyi Günü qeyd olunub

“HackMasters”: COMCEC-in 18 ölkəsindən mütəxəssislər kibertəhlükəsizlik sahəsində bacarıqlarını nümayiş etdiriblər

Bakının küçələrinin birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Sentyabrın 22-si axşamadək Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı hava şəraiti davam edəcək

® “Kapital Bank”dan neftçilərə qızıl kimi təklif

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının mətanətini və mərdliyini əks etdirir ŞƏRH

Ali Məhkəmənin sədri Qırğız Respublikasında səfərdə olub

BMU ilə “QS” agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Nazir: Türkiyə nəqliyyatda emissiyaları minimuma endirməyi hədəfləyir

Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4 VİDEO

“İqlim dəyişikliyinin dayanıqlı heyvandarlığın inkişafına təsiri” adlı konfrans keçirilib

Ağdam Sənaye Parkında ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal ediləcək FOTO VİDEO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Azərbaycanın 2 çimərlik güləşçisi Dünya Seriyasında mübarizə aparacaq

Fransada tibbi laboratoriyaların bioloqları tətilə başlayıb

Zaqatalada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda tədbir keçirilib

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Türkiyədə İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinən 88 şəxs saxlanılıb

Akif Marifli: Azərbaycan Türkiyədə keçiriləcək kitab sərgisində zəngin mədəni proqramla təmsil olunacaq

Türkiyənin Milli Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Jurnalistlər və sosial media blogerləri üçün təşkil edilən təlim proqramı başa çatıb

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Vaşinqtonda Azərbaycanda ABŞ şirkətləri üçün investisiya imkanlarına həsr olunmuş görüş keçirilib VİDEO

AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib

Britaniya XİN başçısı Livandakı vəziyyətlə bağlı təcili iclas keçirib

Müşavir: VII Robot Olimpiadası gənclərin texnoloji biliklərini daha da inkişaf etdirmələri üçün böyük imkanlar yaradır

Ucarda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib

Moskvada MDB İqtisadi Şurasının 103-cü iclası olub

Qara Qarayev Qarabağ Dirçəliş Fondunun təşkil etdiyi minifutbol turnirinin səfiri seçilib

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilir

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə

Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Gəncədə Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

Dünya Bankı: Azərbaycan hökuməti ilə növbəti beş ildə əldə etmək istədiyimiz əsas nəticələri müəyyən etmişik

Azərbaycan diaspor təşkilatları Niderland Krallığının qərəzli mövqeyi ilə bağlı birgə bəyanat yayıblar

Suverenlik tarixinin Zəfər töhfəsi – Qarabağ Universitetindən salam olsun!

Vüqar Nadirov “Qarabağ” – “Neftçi” matçının favoritini açıqlayıb