Çarli Uaytinq: Bakı trası unikaldır
Bakı, 7 iyun, AZƏRTAC
AZƏRTAC “www.championat.com” saytına istinadla xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (BAF) yürüş direktoru Çarli Uaytinq Bakı trası barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, Ç.Uaytinq “Formula-1” Avropa Qran-pri yarışlarının küçə avtodromunun final yoxlanışı üçün Bakıya səfər edib.
BAF rəsmisi bildirib ki, Bakı daha çox Sinqapura oxşayır. Eyni zamanda, Monako Qran-prisinə də oxşarlıq var. Lakin Monte-Karlo trası daha ləng və qısadır. Bakı marşrutu çox sürətli, maraqlı bölmələrdən və bir ləng hissədən ibarətdir. Çarli Uaytinq əlavə edib: “Komandaların öz avtomobillərini bu trasa necə uyğunlaşdıracağı mənim üçün çox maraqlıdır. Əgər Sinqapurda cəmi bir düz hissə varsa, Bakıda başqa cürdür. Bu unikal trasdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]