Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 14 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-120, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 10 faizini təşkil etmişdir.
Mayın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4, Qanıx çayının Əyriçay məntəqəsində isə 5 santimetr azalma müşahidə olunmuşdur. Son üç gün ərzində Kür çayının aşağı axınındakı məntəqələrdə, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində artım qeydə alınmışdır.
Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 373, Şirvanda 231, Salyanda 180, Bankədə 213, Araz çayının Novruzlu məntəqəsində isə 95 santimetrdir.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]