Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 31 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-25, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil etmişdir.
Martın 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 257 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsinin 10 santimetr artdığı, su sərfinin saniyədə 71 kubmetr olduğu müəyyən edilmişdir. Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən artım qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə-Surrada 302, Şirvanda 143, Salyanda 63, Bankədə 195, Araz çayının Novruzlu məntəqəsində isə 32 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]