ÇEÇENİSTANLI QADIN,İNSAN HAQLARI MÜDAFİƏÇİSİ ZEYNƏB QAŞAYEVAYA "LEV KOPELEV MÜKAFATI" TƏQDİM OLUNMUŞDUR
Qeyd edilmişdir ki, çeçenistanlı cəsur qadın, insan haqları müdafiəçisi Zeynəb Qaşayeva on ildir ki, davam edən qanlı müharibənin, soyqırımın
dayandırılması, vətənində sülhün, əmin-amanlığın bərqərar olması, insan haqlarının, xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsi yolunda fədakar iş aparır. Natiqlər xüsusi vurğulamışlar ki, dörd uşaq anası, "Çeçenistan müharibəsinin əks-sədası" təşkilatının rəhbəri həyatını təhlükə qarşısında qoyaraq Çeçenistanda cərəyan edən qanlı müharibənin dəhşətlərini, şəhərlərin, kəndlərin dağıdılmasını, kütləvi insan deportasiyalarını, dinc əhaliyə verilən işgəncələri, kütləvi qırğınları fotoşəkillərdə və video çəkilişlərində bütün reallıqları ilə peşəkarlıqla canlandırmış və sənədləşdirmişdir.
Mükafata görə dərin minnətdarlığını bildirən Zeynəb Qaşayeva mərasimdə iştirak edən siyasətçilərdən Çeçenistan reallıqlarının beynəlxalq təşkilatlara və məhkəmələrə çatdırılması işinə yardımçı olmağı xahiş etmişdir.
Xatırladaq ki, sülhün və insan hüquqlarının qorunması uğrunda mübariz rus yazıçısı Lev Kopelevin şərəfinə təsis olunmuş mükafat 2001-ci ildən başlayaraq təqdim olunur.