Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib
Bakı, 21 may, AZƏRTAC
Alimlər müəyyən ediblər ki, Çernobılın təcrid zonası Avropada vəhşi məməlilər üçün ən böyük sığınacaqlardan birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the Royal Society B” (PRSB) jurnalında dərc olunub.
Tədqiqatçılar Çernobıl zonasında, qoruqlarda və Ukraynanın şimalındakı adi ərazilərdə 174 fototələ quraşdırıblar. Müşahidələr göstərib ki, ən zəngin heyvan müxtəlifliyi məhz təcrid zonasında və ona bitişik Drevlyan qoruğunda qeydə alınıb. Burada vaşaq, canavar, sığın, nəcib maral və hətta Prjevalski atlarına daha tez-tez rast gəlinib.
Alimlərin sözlərinə görə, əsas amil radiasiya çirklənməsi deyil, insanların demək olar ki, tamamilə olmamasıdır. Əraziyə girişin məhdudlaşdırılması, ovun qadağan edilməsi və təsərrüfat fəaliyyətinin zəif olması heyvanlara populyasiyanı bərpa etməyə və əvvəllər demək olar ki, yoxa çıxdıqları ərazilərə yenidən qayıtmağa şərait yaradıb. Kiçik qoruqlarda və adi ərazilərdə göstəricilər nəzərəçarpacaq dərəcədə aşağı olub.
Araşdırma müəllifləri hesab edirlər ki, tədqiqat insan müdaxiləsinin minimum olduğu böyük mühafizə zonalarının nə qədər vacib olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]