Çexiya hərbi büdcəsini artırmağı planlaşdırır
Praqa, 23 may, AZƏRTAC
Çexiya hökuməti hər il ÜDM-in təxminən 5 faizini müdafiə sahəsinə yönəltmək məsələsini nəzərdən keçirə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pyotr Fiala “Deník.cz” saytına müsahibəsində Prezident Pyotr Pavelin bəyanatını şərh edərkən bildirib.
Şimali Atlantika Alyansının (NATO) iyun ayında Haaqada keçiriləcək sammitində üzv olan ölkələrin müdafiə xərclərinin artırılması məsələsi müzakirə olunacaq. Brüsseldə NATO-nun Baş katibi Mark Rütte ilə keçirdiyi görüşdən sonra Prezident Pyotr Pavel bildirib ki, əgər sammitdə hərbi xərclərin ÜDM-in 5 faizinə qədər artırılması ilə bağlı ümumi razılıq əldə olunarsa, Çexiya Respublikası bu təşəbbüsü dəstəkləməyə hazırdır. Baş nazir Fiala bu məsələni Prezidentlə əvvəlcədən müzakirə etdiyini bildirib.
“Reuters”in məlumatına görə, Mark Rütte ölkələrə birbaşa hərbi xərcləri ÜDM-in 3,5 faizinə çatdırmağı, əlavə olaraq 1,5 faizini isə müdafiə ilə əlaqəli ehtiyaclara yönəltməyi təklif edir. Bu yanaşma ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinə yönəltdiyi ÜDM-in 5 faizinin müdafiəyə sərf olunması tələbinə cavab verə bilər. Lakin, hazırda bu hədəfə hətta ABŞ belə çatmayıb.
Xatırladaq ki, ötən il Çexiya Respublikası ilk dəfə olaraq NATO-nun əvvəlki məqsəd göstəricisi olan ÜDM-in 2 faizini müdafiəyə ayırmağa nail olub. Hökumət 2030-cu ilə qədər bu göstəricini 3 faizə çatdırmağı öhdəsinə götürüb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
- 01.10.2026 [05:35]
Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır
- 01.10.2026 [04:40]
Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq
- 01.10.2026 [02:44]
Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb
- 01.10.2026 [02:15]
Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:41]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [18:37]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [18:31]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:21]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [18:20]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [18:14]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:11]
Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da
- 30.09.2026 [18:08]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [18:04]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [18:03]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:59]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:47]
® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir
- 30.09.2026 [17:46]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:45]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:34]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:29]